Rəşad Əlizadə, Rəqəmsal Marketoloq & kontent yaradıcısı

Brendlər üçün Meta, TikTok, Google və LinkedIn-də kampaniyalar, aylıq kontent sistemləri və AI ilə sürətlənən marketinq prosesləri qururam.

  • 3+ İl AI ilə marketinq
  • 4 Reklam platforması
  • 3 Aylıq xidmət paketi

Haqqımda

Özüm
haqqında

Azərbaycan Dövlət İqtisad Universitetində marketinq üzrə bakalavr təhsilimi (2022-2026) tamamlamışam və hazırda eyni universitetdə iqtisadiyyat üzrə magistr təhsili alıram.

3 ildən artıqdır ki, AI alətlərini marketinq işimin mərkəzində saxlayıram: ChatGPT və Claude ilə ideya, mətn və kontent prosesini sürətləndirirəm, qərarları isə rəqəmlərlə (CTR, CPC, CPM, CPA və ROAS) yoxlayıram.

Plan & Eat-in sosial media təcrübə proqramında kontentin planlaşdırılması, Canva vizualları, paylaşım və stories hazırlığı ilə brend kommunikasiyasına dəstək verdim. Elvin Asgarov Academy-də Global Digital Marketing programını keçmişəm.

Bu gün iki istiqamətdə açığam: güclü marketinq komandasında rol və brendlərlə frilans əməkdaşlıq. Hər iki halda yanaşmam eynidir: aydın plan, ardıcıl kontent, ölçülə bilən addımlar.

İstiqamətlər

Tövsiyə

Elvin Asgarov
Elvin Asgarov

InvestAZ-da Marketinq departamentinin rəhbəri

Rəşad rəqəmsal marketinqə analitik yanaşan, kampaniya qərarlarını rəqəmlərlə əsaslandıran gənc mütəxəssisdir. Kontent planlamasında ardıcıl və diqqətli işləyir, yeni bilikləri məsuliyyətlə öyrənib praktikada tətbiq edir. Onu rəqəmsal marketinq komandaları və brendlər üçün etibarlı namizəd kimi tövsiyə edirəm.

Təcrübə və təhsil

  • Sosial Media Marketinq: təcrübə proqramı

    Plan & Eat · İyun - Avqust 2026

  • Qiymətləndirici: təcrübə proqramı

    Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) · May 2026

  • İqtisadiyyat: magistr

    Azərbaycan Dövlət İqtisad Universiteti · 2026-2028, davam edir

  • Global Digital Marketing programı

    Elvin Asgarov Academy · 2026

  • Marketinq: bakalavr

    Azərbaycan Dövlət İqtisad Universiteti · 2022-2026 · orta indeks 83.98 / 100

Dillər

  • Azərbaycan ana dili
  • Türk B2
  • İngilis B1+

Alətlər

  • Codex
  • Claude Code
  • Canva
  • CapCut
  • Excel
  • PowerPoint
Sertifikatlar · 14
  • Advertising with Meta · Meta2026
  • Twitter, LinkedIn, and YouTube Marketing · Digital Marketing Institute2026
  • Social Media Content & Strategy · Coursera | Adobe2026
  • YouTube Marketing and YouTube SEO Fundamentals · Alison2025
  • Digital Marketing Strategy · Simplilearn | SkillUp2025
  • AI Marketing · Alison2025
  • Content, Advertising & Social IMC · Coursera | Northwestern University2025
  • Engagement & Nurture Marketing Strategies · Coursera | Northwestern University2025
  • Create and Design Digital Products using Canva · Coursera2025
  • Work Smarter with Microsoft Excel · Coursera | Microsoft2025
  • Fundamentals of Digital Marketing · Google2024
  • Unique Value Proposition · HP LIFE, HP Foundation2024
  • Social Media Marketing · HP LIFE, HP Foundation2024
  • Your Target Audience · HP LIFE, HP Foundation2024

Xidmətlər

Aylıq paketlər

Aydın plan, dolğun xidmət. Aylıq paketlər brendinin ehtiyaclarına uyğun planlama, kontent və reklam idarəetməsini sərfəli bir təklifdə birləşdirir.

Üç paket, bir məntiq: platforma sayı, kontent həcmi və analitika dərinliyi böyüdükcə əhatə də genişlənir.

Fərdi sorğu göndər
01 Başlanğıc · 1 platforma

Rəqəmsal Fayl

Rəqəmsal görünürlüğün üçün planlı başlanğıc. Bir platformada reklam və ardıcıl kontentlə brendinin təməlini quraq.

  • 1 reklam platforması: Meta və ya TikTok
  • Kampaniya qurulumu, hədəfləmə və optimallaşdırma
  • Ayda 8 paylaşım (mətn + məzmun təqvimi)
  • Post dizaynları
  • Kontent strategiyası (1 aylıq plan)
  • Hashtag və keyword strategiyası
  • Copywriting
  • Aylıq performans hesabatı
02 Böyümə · 2 platforma

Rəqəmsal İz

Brendinin rəqəmsal izini genişləndir. İki platformada reklam və müntəzəm kontentlə auditoriyanla daha davamlı əlaqə qur.

  • 2 reklam platforması: Meta və TikTok
  • Kampaniya qurulumu, hədəfləmə və optimallaşdırma
  • Ayda 12 paylaşım (kontent təqvimi)
  • Post dizaynları (aylıq paylaşımlara uyğun)
  • Kontent strategiyası (1 aylıq plan)
  • Hashtag və keyword strategiyası
  • Copywriting
  • Bio optimizasiyası
  • 2 həftədən bir hesabat

İş prosesi

  1. 01Tanışlıq

    Məqsədləri, auditoriyanı və hazırkı vəziyyəti birlikdə aydınlaşdırırıq.

  2. 02Plan

    Aylıq kontent strategiyası və paylaşım təqvimi hazırlanır.

  3. 03Yaratma

    Post dizaynları, mətnlər, hashtag və açar sözlər.

  4. 04Kampaniya

    Qurulum, hədəfləmə və davamlı optimallaşdırma.

  5. 05Hesabat

    Paketə görə aylıq və ya 2 həftədən bir hesabat.

Əlaqə

Görüş və ya sorğu

Brendin üçün nə planlaşdırırsan? Məqsədini paylaş, uyğun kampaniyanı və ya əməkdaşlıq formatını birlikdə seçək. Yaradıcı kontenti, düzgün auditoriyanı və ölçülə bilən kampaniyaları eyni strategiyada birləşdirək. Brendinin növbəti addımını ilk ideyadan birlikdə planlaşdıraq.

Mesajını göndərməzdən əvvəl e-poçt proqramında və ya WhatsApp-da nəzərdən keçirib dəyişə bilərsən.